13.12.2018, Cümə axşamı, Delaware |
1 USD - 1.7030 AZN 1 TL - 0.3173 AZN
13.12.2018, Cümə axşamı, Delaware 1 USD - 1.7030 AZN

FAQ

  • COLIBRI EXPRESS-dən necə sifariş etməli?
    1. colibri.az saytından qeydiyyatdan keçmək.
    2. Qeydiyyatdan sonra Sizə ABŞ-da şəxsi poçt ünvanı veriləcəkdir, və Siz internet-mağazalarından alış-veriş edərkən çatdırılma ünvanı olaraq sizə verilən ünvanı qeyd edəcəksiz.
    3. ABŞ ərazisində çatdırılma həyata keçirən istənilən internet-mağazadan alış-veriş etmək.
    4.  Malı almadan öncə, onun Azərbaycana çatdırılmasının qadağan edilmədiyindən və sayının və məbləğinin gömrük qaydalarına zidd olmadığından əmin olun.
    5. Bağlamanın qeyd edilən ünvana göndərilməsindən sonra satıcı Sizə bağlamanın trekinq-kodunu (izləmə nömrəsi) və invoys verir.
    6. Sonra ilkin bəyannamə doldurulmalıdır. Bəyannamədə mağaza, malın kateqoriyası və təsviri qeyd edilməlidir.
    7. Əgər ABŞ anbarına daxil olan mala bəyannamə tərtib edilməyibsə, bəyannamə tərtib edilənədək anbarda saxlanılacaq.
    8. Bəyannaməsi olan bütün bağlamaların Azərbaycana göndərilməsi hər həftə həyata keçirilir.
    9. Bağlamanın Azərbaycana göndərilməsindən sonra, malınızın yolda olması barədə bildiriş və xidmətin ödənilməsi üçün invoys alacaqsız.
    10. İnvoysu onlayn olaraq colibri.az saytındakı şəxsi kabinetiniz vasitəsilə, yaxud nəğd və ya bank kartı ilə ödəyə bilərsiz.
    11. Gömrük baxışından keçdikdən sonra bağlamalar Bakı ofisinə çatdırılır, və bundan sonra Siz elektron ünvan və sms vasitəsilə bildiriş alırsız.
    12. Bağlamanızı iş saatları çərçivəsində sizə uyğun vaxtda götürə bilərsiz.
  • ABŞ-da vasitəçi xidməti mənə nə üçün lazımdı?

    ABŞ mağazalarının 10-dan 9-u, o cümlədən Amazon, Azərbaycana birbaşa mal çatdırılması həyata keçirmir. Hətta mağaza beynəlxalq çatdırılma xidməti təklif etsə belə, bu çox bahalı  xidmətdir, və siz Amerikadan hər ayrıca sifarişin tam dəyərini ödəməli olacaqsız. Kolibri Ekspres ABŞ-da sizə ödənişsiz şəxsi ünvan təqdim edərək bütün bu problemləri aradan qaldırır. Bu ünvana siz mal sifariş edə, orda malı 30 gün ərzində saxlaya, və beynəlxalq çatdırılma xidməti üçün əhəmiyyətli dərəcədə az vəsait sərf edərək sifarişinizi Azərbaycanda ala
    biləcəksiz.

  • Çatdırılmanın qiymətini necə öyrənməli?

    Çatdırılmanın təxmini qiymətini, malın çəkisini daxil edərək saytda verilən kalkulyator vasitəsilə hesablamaq olar. Malların dəyəri çatdırlma qiymətinə təsir etmir.

  • Niyə bağlamanın mağaza tərəfindən qeyd edilən çəkisi anbarda qeyd edilən çəkidən fərqlidir?

    Mağazalar və poçt xidmətləri adətən malın təxmini çəkisini qeyd edir, Kolibri anbarına daxil olduqda isə bağlama elektron tərəzidə çəkilir, və beləliklə də dəqiq çəki qeyd edilir.

  • 1000 ABŞ dolları limiti nədir?

    Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq), fiziki şəxslər 30 gün müddətinə fiziki dəyəri 1000 ABŞ dolları ekvivalentindən artıq olmayan yük ölkəyə idxal edə bilər.

    Fiziki dəyər 1000 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.

    1000 ABŞ dolları limitinə əşyanın öz dəyəri və daşınma haqqı daxildir.

    Zəhmət olmasa, sifariş verərkən diqqətli olun!

  • «Tracking İD» nədir?

    Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya yol nömrəsi təyin edir. Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.

  • Onlayn alış edərkən nəyi bilməyiniz zəruridir?

    Onlayn alışı zamanı “shipping adress” bölməsinin xanaları Colibri hesabınızda təqdim edilən nümunəyə uyğun olaraq doldurulmalıdır.

    Ad, Soyad və şəxsi nömrə düzgün qeyd edilmədiyi təqdirə, bağlama xarici anbarlarda saxlanılır, Azərbaycana göndərilmir və çatdırılma müddəti bağlamanın sahibi təyin edilənədək uzadılır.

    Belə hal yarandığı təqdirdə sifarişin gecikməsinə görə şirkət öhdəlik daşımır.

  • Satıcıdan anbara bağlamanın çatdırılması

    Onlayn satış mağazasında alış tamamlandıqdan sonra müəyyən vaxta bağlama müştərinin qeyd etdiyi ünvana çatdırılır. Bunun üçün bağlama yerli poçt xidmətinə verilir.

    Bağlama anbara çatdırılmamışdan əvvəl “Colibri”-nin müştərinin yükü haqqında məlumatı olmur və şirkət yük anbara təhvil verilənədək heç bir öhdəlik daşımır. Bağlama anbara daxil olduqdan sonra müştərinin şəxsi hesabında qeyd olunur və növbəti reyslə Azərbaycana göndərilir.

  • Şəxsi hesabda bağlama haqqında məlumat nə üçün qeyd edilməlidir?

    Azərbaycan hava limanına çatdırılan hər bir bağlama gömrük yoxlamasından keçir.

    Gecikmələrin yaranmaması üçün müştəri Colibri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara çatdırılmamışdan əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi təqdim edildikdən sonra mümkündür.

  • Mən bütün sual-cavabları oxudum, lakin sualıma cavab tapa bilmədim. Belə halda nə etməliyəm?

    Belə halda Siz bizim dəstək xidmətimizlə əlaqə saxlaya bilərsiz. Şəxsi hesabınızı qeydiyyatdan keçirmək üçün istifadə etdiyiniz elektron ünvanınızdan yazmağı məsləhətə görürük. Müraciət zamanı eyniləşdirmə nömrənizi, həmçinin sual konkret göndərişə aiddirsə, bağlama  nömrəsini qeyd etməyiniz çox vacibdi. Nəzərinizə çatdırırıq ki, onlayn çatda yalnız ümumi suallara cavab ala bilərsiz. Konkret göndərişlə əlaqəli istənilən sualınızla bağlı bizimlə elektron ünvan vasitəsilə əlaqə saxlamağınız məsləhət görülür.