Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına əsasən Hava Nəqliyyatı ilə daşınılan yüklərin
həm həcm həmdə fiziki çəkisi hesablanmalıdır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilməlidir.
Fiziki çəki – Bağlamanın qablaşdırılmış vəziyyətdə tərəzidə görünən çəkisidir;
Həcm çəkisi – Bağlamanın ölçüləri əsasında hesablanan çəkidir.
Həcm çəkisinin Beynəlxalq Hesablama Qaydalarına uyğun olaraq hesablanma formulu aşağıdakı kimidir:
(En x Uzunluq x Hündürlük)/6000 = Həcm çəkisi (kg)
Diqqət!
* ABŞ, TÜRKİYƏ, ALMANİYA VƏ İNGİLTƏRƏdən ölçüsü 100sm-dən böyük olan bağlamaların daşınma haqqı həm həcm həmdə fiziki çəki əsasında hesablanır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilir.
Həcmindən asılı olmayaraq, salafan torbalarda çatdırılan bağlamaların daşınma haqqı yalnız FİZİKİ ÇƏKİ əsasında hesablanır.