20.07.2025, Sunday, Asia/Baku 20:05 |
20.07.2025, Sunday, Asia/Baku 20:05

Colibri Express MMC – beynəlxalq sürətli poçtdaşıma və kuryer xidmətləri göstərən şirkətdir. Şirkət 2018-ci ildən etibarən fəaliyyət göstərir. Colibri Express, Bakı şəhərində yerləşən ofisdə təhvil verilməklə yanaşı, Azərbaycanın bütün bölgələrinə bağlamaların çatdırılmasını da həyata keçirir. Colibri Express fiziki və hüquqi şəxslərin xarici onlayn satış platformalarından verdiyi sifarişlərin, eləcə də şəxsi yüklərin Azərbaycana daşınmasını təşkil edir. Hazırda Colibri Express MMC-nin Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Çin, İspaniya və İngiltərədə fəaliyyət göstərən anbarları mövcuddur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkəyə gətirilməsi qadağan edilməyən istənilən növ məhsul bu anbarlara göndərilə bilər. Xarici anbarlardan daxil olan bağlamalar ən qısa müddətdə Azərbaycana çatdırılır və müştərilərə operativ şəkildə təqdim olunur.